Rəsmi İran: `Ərəbistanın Yəmənə qarşı hücumlarının dərhal dayandırılmasını istəyirik`

Maide.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünü pisləyərək, hücumu "beynəlxalq hüquqa və milli suverenlik hüquqlarına zidd, təhlükəli həmlə" adlandırıb və hücumların dərhal dayandırılmasını istəyib. 
 
İran XİN-in sözçüsü Mərziyyə Əfxəm, "hərbi müdaxilə vəziyyəti daha da mürəkkəbləşdirəcək, böhranı bölgəyə yayacaq və Yəməndəki daxili ixtilafların sülh yolu ilə həll edilməsi imkanını aradan aparacaq", - deyib.
 
Millət vəkili Ələddin Burucerdi də, "Səudiyyə Ərəbistanının Yəməndə yandırdığı müharibə atəşinin bütün regiona yayılacağını" - söyləyib.
 
Xatırladaq ki, Yəmənin istefa vermiş eks prezidenti Hadinin çağırışına cavab verən Səudiyyə Ərəbistanı Yəmənə qarşı hərbi əməliyyata başlayıb. 10 ölkənin iştirak etdiyi əməliyyatda Husilərin nəzarətindəki paytaxt Səna havadan bombalanıb. İlkin məlumatlar görə, bombardman nəticəsində 40-dan çox mülki vətəndaş dünyasını dəyişib. Onların əksəriyyəti azyaşlılardır.
 
 

Səduiyyə rejiminin Yəmənə təcavüzü anbaan

Google+ WhatsApp ok.ru