Rəqəmsal asılılıq yaddaşa zərbə vurur

6 min insan üzərində aparılan tədqiqatların gözlənilməz nəticələri

Maide.az xəbər verir ki, Birminqem Universitetindən Mariya Vimber və qrupunun apardığı araşdırma çərçivəsində İngiltərə, Fransa, İtaliya, İspaniya, Niderland və Lüksemburqda yaşayan 6 min insanın yaddaşla bağlı vərdişlərini təhlil edib.
 
Araşdırma çoxlu sayda insanın məlumatı xatırlamaq üçün kompüterlərə əl atdığını, körpəlikdən istifadə edilən telefon nömrələrini xatırladığı halda, iş yerlərinin və ya ailə üzvlərinin telefon nömrələrini xatırlaya bilmədiyini ortaya qoyub.
 
Mariya Vimber məlumatı rəqəmsal yollardan əldə etmək meylinin "uzun müddətli yaddaşın əmələ gəlməsinə mane olduğunu" bildirərək, məlumatı xatırlama prosesinin uzunmüddətli yaddaş yaradılmasının ən təsirli yolu olduğuna, digər tərəfdən, təkrar-təkrar internetə baxmaq kimi məlumatı passiv olaraq təkrar etməyin, uzunmüddətli yaddaş yaratmadığına diqqəti çəkib.
 
Tədqiqatda İngiltərədəki iştirakçıların 45 faizinin 10 yaşında istifadə edilən ev telefonu nömrələrini xatırladığı halda, 29 fazinin uşaqlarının, 43 faizinin isə iş yerlərinin telefon nömrələrini xatırlamadığı üzə çıxıb.

Google+ WhatsApp ok.ru