Rəy sorğusu: İngiltərə yəhudilərinin əksəriyyəti İsrailin siyasətinə qarşıdır

Aparılan bir rəy sorğusunun nəticələri göstərir ki, İngiltərədə yaşayan yəhudilərin əksəriyyəti İsrail rejiminin fələstinlilərə qarşı yürütdüyü siyasətə qarşıdır.
 
Maide.az xəbər verir ki, rəy sorğusu İngiltərədə fəaliyyət göstərən “Yachad” Sülhyaratma Təşkilatı tərəfindən aparılıb.
 
Araşdırmanın nəticələri onu göstərir ki, rəy sorğusunda iştirak edənlərin üçdə ikisi Qərb sahilində və Şərqi Beytül Müqəddəsdə İsrail rejimi tərəfindən yəhudi qəsəbələrinin genişləndirilməsindən “məyusdurlar”.
 
73 faiz hesab edir ki, İsrailin fələstinlilərlə qondarma sülh danışıqlarına hazırki yanaşması bu rejimin beynəlxalq arenadakı mövqeyinə zərbə vurur.
 
Araşdırmanın nəticələri habelə göstərir ki, yəhudilərin üçdə biri 2014-cü ildə Qəzzada başlatdığı müharibəyə görə İsraili tənqid edir və İsrail rejiminin yersiz hərəkət etdiyinə inanırlar.
 
Bu müharibə nəticəsində 2000-dən çox fələstinli həyatını itirib ki, onların da çoxunu qadınlar və uşaqlar təşkil edir.
 
İngiltərədə 300-dən çox professor İsrail rejimini boykot etməyə hazır olduqlarını bildiriblər./

Google+ WhatsApp ok.ru