Ürək sızladan etiraz aksiyası - VİDEO

Bu videonu göndərən oxucumuz yazır ki, Qarabağ müharibəsi əlilləri martın 2-də protezlərini çıxararaq Qazax Sınıq Körpü Gömrük Məntəqəsində etiraz aksiyası keçiriblər.
 
Gömrük işçilərindən narazı olanlar bildirirlər ki, xaricdən satış üçün gətirdikləri malları əllərindən alıb qaytarmırlar.
 
Hələlik bu hadisə barədə hər hansı rəsmi orqanlardan bir reaksiya yoxdur.

Google+ WhatsApp ok.ru