Çörək bahalaşdı - Açıqlama

Çörək bahalaşdı - Açıqlama

 
 
Azərbaycanda çörəyin qiymətində artım müşahidə olunub.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Axar.az-a açıqlamasında bahalaşmanı təsdiq edib:
 
“Çörəyin bahalaşması barədə bizə müraciətlər var. Araşdırmalarımıza görə, qiymətdə 10 qəpik artım müşahidə olunur. Çörəyin qiyməti Tarif Şurası və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənən məhsullar arasında deyil. Yəni çörəyin qiymətinə dövət nəzarəti yoxdur. Bu, bazar prinsipi ilə tənzimlənir”.
 
Qeyd edək ki, səhər saatlarından çörəyin qiymətində 10 qəpiklik bahalaşma olsa da, unun qiyməti dəyişməyib. /

Google+ WhatsApp ok.ru