Çörək bahalaşıb -YENİLƏNİB

Çörək bahalaşıb -YENİLƏNİB

Azərbaycanda çörək bahalaşıb.
 
"APA-Ecoonmics" xəbər verir ki, pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.
 
Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: "Məsələn, daha çox istehlak olunan və "zavod çörəyi" kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb".
 
***
Müəssisə rəsmisi: Qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 aya məlum olacaq
 "Bizim istehsal etdiyimiz və istehlak bazarına təqdim etdiyimiz çörək və çörək məhsullarının qiymətlərində heç bir dəyişiklik edilməyib. İndi də məhsullarımızın satışını köhnə qiymətlər əsasında reallaşdırırıq".
Bunu "Report"a açıqlamasında Bakının Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” MMC-yə məxsus Azərbaycanın aparıcı çörək istehsalçılarından olan 1№-li Çörək Zavodunun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, adətən qiymətlərin bahalaşması planlaşdırılarkən bu barədə 10 gün öncədən zavodun bütün tərəfdaşları (pərakəndə satış məntəqələrinə) xəbərdar edilir: "Ümumiyyətlə, qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 ay ərzində məlum olacaq. Çünki bu gün Azərbaycanda bir çox mal və xidmətlərin qiyməti yüksəlib. Odur ki, bəzi şirkətlər bu səbəbdən məhsullarının qiymətini yüksəldib. Lakin 1№-li Çörək Zavodunun qiymət siyasətində hələlik dəyişiklik olmayıb". /

Google+ WhatsApp ok.ru