Çörək də bahalaşacaq xəbərinə – ZAVODDAN AÇIQLAMA - YENİLƏNİB

Çörək də bahalaşacaq xəbərinə – ZAVODDAN AÇIQLAMA - YENİLƏNİB

İlk xəbər 12:37-də verilib

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq. “Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov fins.az-a bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması  yeni ildən baş verə bilər”. 
 
Maide.Az-ın məlumatına görə "Nur" çörək zavodunun rəhbərliyi çörəyin qiymətinin artacağı ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib. Şirkətin məlumatına görə, hələlik zavodun bununla bağlı planları yoxdur: "Hazırda çörəyin çəkisi və qiyməti əvvəlki kimidir". 

Google+ WhatsApp ok.ru