Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində xatirə kitabı açılıb

Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində xatirə kitabı açılıb

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
 
APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, Azərbaycanda yaşayan İran vətəndaşları, Azərbaycanın ictimaiyyətinin nümayəndələri, siyasi xadimlər səfirliyə gələrək kitabı imzalayıb və başsağlığı çatdırıblar.
 
Kitab bu gün və sabah 10:00-dan 12:00-a və 15:00-dan 17-yə qədər açıq olacaq.
 

Google+ WhatsApp ok.ru