Rəsədxana: Yerə yaxınlaşan komet fevralın 11-də ən yaxın məsafədə olacaq 07 Fevral 2017 02:00 Xəbərlər "45P/Honda-Mrkos-Pajdusakova" (qısa olaraq - 45P) adlanan kiçik komet Yerə yaxınlaşır. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, fevralın 11-də komet Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və hava şəraitindən asılı olaraq binokl və kiçik teleskoplar vasitəsilə müşahidə edilə biləcək. O deyib ki, Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür: “Kometin buxarlanan nüvəsi (“başı”) diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür. Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır”. Direktor müavini əlavə edib ki, kiçik ölçüsünə baxmayaraq, yaxından keçməsi kometin daha parlaq görünməsinə səbəb olur: “Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan əvvəl alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından “üzüb” keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq”. (apa) / Teqlər : #Rəsədxana: Yerə yaxınlaşan komet fevralın 11də ən yaxın məsafədə olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Əyyami Fatimə`nin gəlişi münasibətilə İmam Hüseynin (ə) hərəmi qaraya büründü - FOTO Marketlərdə daha bir təhlükə - Diqqət