Rəsmi rəqəmlərə şübhə

Rəsmi rəqəmlərə şübhə

"Novoye Vremya" qəzetində "İqtisadiyyatda həyəcanlı işarələr" sərlövhəli məqalə oxumaq olar

 
Müəllif yazır ki, son bir ildə sənaye istehsalı sahəsində geriləmə var.
 
Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, bu geriləmə təqribən 6 faizdir. Müəllif buna əsas səbəb kimi Azərbaycanda neftin qiymətinin düşməsini göstərir.
 
Yazıda rəsmi statistikada qeyri-neft sektorunun inkişafı ilə bağlı rəqəmlərin də üzərində dayanılır. Müəllif ölkədə qeyri neft sektorunun inkişafına şübhə ilə yanaşır:
 
"2.8 faiz artım heç nəyi dəyişmir, qeyri-neft sahələrinin ixrac imkanları ən aşağı səviyyədədir, büdcəyə və iqtisadiyyata isə pullar lazımdır. Dövlət xəzinəsini doldura biləcək yeganə mənbə isə neft-qaz kompleksidir. Odur ki, sənaye istehsalının azalması, ölkə iqtisadiyyatının gələcəyi narahatlıq doğurur".
 
Yazıda bildirilir ki, bu ilin 4 ayında əsas kapitala 4 milyard 533.4 milyon manat yönəldilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz azdır:
 
"Etiraf edib-etməməyimizdən asılı olmadan əsas kapitala qoyulan investisiyanın azalması sosial sahəyə aid investisiyaların azalması deməkdir. Bu isə Azərbaycan iqtisadiyyatının neft xammalından asılı olmasının qanunauyğun nəticəsidir". /

Google+ WhatsApp ok.ru