Rəsmi Bağdad: `Tehran və Ər-Riyad arasında vasitəçilik edə bilərik`

Rəsmi Bağdad: `Tehran və Ər-Riyad arasında vasitəçilik edə bilərik`

-- Əl-Cəfəri, İraqın Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq məsələsində ...

Moskvada səfərdə olan İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri mətbuat konfransı keçirib.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, İran və Səudiyyə Ərəbistanı arasında İraqın vasitəçilik edə biləcəyini söyləyib.
 
Əl-Cəfəri, İraqın Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq məsələsində israrlı olduğunu deyib:
 
"İraq terrorizmlə mübarizədə böyük itkilər verib. Ölkəmiz müdafiə potensialını gücləndirmək üçün mövcud fürsətləri yaxşı dəyərləndirməq haqqına sahibdir. Lakin, ABŞ buna mane olmağa çalışır".

Google+ WhatsApp ok.ru