İrəvanda aksiyaçılar bəzi hökumət binalarını mühasirəyə alıblar

İrəvanda aksiyaçılar bəzi hökumət binalarını mühasirəyə alıblar

-- Mitinq iştirakçıları Baş Prokurorluq...

Etiraz aksiyası iştirakçıları İrəvanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb.
 
Maide.Az bildirir ki, bu barədə "Report" erməni KİV-lərinə istinadən xəbər verir.
 
Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar.
 
Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.
 
Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib.
 

Google+ WhatsApp ok.ru