Rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri

Rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri

Qurani-Kərimə əsasən, Rəhman Allahın həqiqi bəndələri bir sıra xüsusiyyətlərə sahib olarlar ki, onlar aşağıdakılardan ibarətdir:

1. Təvazökar olarlar:

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا...

“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də təmkin və təvazökarlıqla yol gedənlərdir...” (“Furqan” / 63.)

2. Nadanlarla mülayim rəftar edərlər:

...وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

“...(Rəhman Allahın həqiqi bəndələri) nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir.” (“Furqan” / 63.)

3. Gecə ibadətləri ilə məşğul olarlar, xüsusilə, gecə namazı qılarlar:

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

“(Rəhman Allahın həqiqi bəndələri) o kəslərdir ki, gecəni Rəbbinin qarşısında səcdə və qiyamla (ibadətlə) başa vurarlar.” (“Furqan” / 64.)

4. Allahdan və əzabından qorxarlar:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا

“(Rəhman Allahın həqiqi bəndələri) belə deyərlər: Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et ki, həqiqətən, onun əzabı (cəhənnəm əhli üçün) şiddətli və həmişəlikdir. Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir.” (“Furqan” / 65-66.)

5. İnfaq və ehsanda mötədil olarlar:

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا

“(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər.” (“Furqan” / 67.)

6. Hər növ şirkdən uzaq olarlar:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ

“(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmırlar...” (“Furqan” / 68.)

7. İnsanın canı və qanını möhtərəm bilərlər:

وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ

“(Qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla (rəhman Allahın həqiqi bəndələri) Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürməzlər.” (“Furqan” / 68.)

8. İffətsizlik və zinadan çəkinərlər, iffətli və pak olarlar.

وَلَا يَزْنُونَ

“(Rəhman Allahın həqiqi bəndələri) zina etmirlər.” (“Furqan” / 68.)

9. Dinə yad məclislərdən uzaq olar, batilə şahidlik etməzlər.

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ

“(Rəhman Allahın həqiqi bəndələri) azğınlığın şahidi olmayanlardır.” (“Furqan” / 72.)

10. Yersiz işlərdən çəkinərlər.

وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا

“Onlar (ilahi bəndələr) bihudə və boş şeyin yanından etinasız və alicənablıqla keçərlər.” (“Furqan” / 72.)

11. Təhqiq, təfəkkür və bəsirət əhlidirlər, haqq sözü dinləyən qulağa və həqiqəti görən gözə malikdirlər.

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

“(Allahın həqiqi bəndələri) Rəbbinin (vəhy, Quran və moizə kimi) nişanələri xatırlandıqa, ona kar və kor (kimi) itaət etməzlər.” (“Furqan” / 73.)

12. Allahdan saleh övlad istəyər, övlad tərbiyəsində diqqətli olarlar.

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

“(Allahın həqiqi bəndələri) “Ey Rəbbimiz, zövcələrimiz və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və bizi təqvalılara başçı seç!” – deyirlər.” (“Furqan” / 74.)

13. Təqvalılara örnək olmağı arzu edərlər.

وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

“(Onlar) Bizi təqvalılara başçı et” – deyərlər.” (“Furqan” / 74.)

14. Həyatın çətinliklərində səbir edər və dözümlülük göstərərlər.

أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا

“Onlar (rəhman Allahın həqiqi bəndələri) səbirləri müqabilində (cənnətdə) yüksək dərəcələrlə mükafatlandırılar, orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılanarlar!...” (“Furqan” / 75-76.)

15. Şeytan onlara hakim kəsilə bilmir.

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلاَّ مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ

“Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!” (“Hicr” / 42.)

16. Etdikləri dualar qəbuldur.

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm...” (“Bəqərə” / 186.)

17. Yer üzünün varisi olacaqlar.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

“Biz kitabdan (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq.” (“Ənbiya” / 105.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru