Rəcəb ayının son günlərinin orucunun savabı

Rəcəb ayının son günlərinin orucunun savabı

İbn Babəveyh mötəbər silsilə sənədlərlə Salimdən belə nəql edir:

دَخَلْتُ عَلَى الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) فِي رَجَبٍ وَ قَدْ بَقِيَتْ أَيَّامٌ فَلَمَّا نَظَرَ إِلَيَّ قَالَ لِي يَا سَالِمُ هَلْ صُمْتَ فِي هَذَا الشَّهْرِ شَيْئاً قُلْتُ لَا وَ اللَّهِ يَا ابْنَ رَسُولِ اللَّهِ (ص) قَالَ لِي لَقَدْ فَاتَكَ مِنَ الثَّوَابِ مَا لَا يَعْلَمُ مَبْلَغَهُ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ إِنَّ هَذَا الشَّهْرَ قَدْ فَضَّلَهُ اللَّهُ وَ عَظَّمَ حُرْمَتَهُ وَ أَوْجَبَ لِلصَّائِمِينَ فِيهِ كَرَامَتَهُ قَالَ قُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَإِنْ صُمْتُ مِمَّا بَقِيَ شَيْئاً هَلْ أَنَالُ فَوْزاً بِبَعْضِ ثَوَابِ الصَّائِمِينَ فِيهِ فَقَالَ يَا سَالِمُ مَنْ صَامَ يَوْماً مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ ذَلِكَ أَمَاناً لَهُ مِنْ شِدَّةِ سَكَرَاتِ الْمَوْتِ وَ أَمَاناً لَهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ عَذَابِ الْقَبْرِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ لَهُ بِذَلِكَ جَوَازٌ عَلَى الصِّرَاطِ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ هَذَا الشَّهْرِ أَمِنَ يَوْمَ الْفَزَعِ الْأَكْبَرِ مِنْ أَهْوَالِهِ وَ شَدَائِدِهِ وَ أُعْطِيَ بَرَاءَةً مِنَ النَّار؛

“Rəcəb ayının sonuna bir neçə gün qalmış imam Sadiqin (ə) hüzüruna getdim. Həzrət məni görcək buyurdu: “Ey Salim, heç bu ayda oruc tutubsan?”

Dedim: “Xeyr, ey Peyğəmbər övladı!”

İmam (ə) buyurdu: “Sənin nə qədər savabı əldən verdiyini yalnız Allah bilir. Allah-Taala bu ayı fəzilətli etmiş, hörmətini uca tutmuş və bu ayda oruc tutan şəxsi əzizləməyi Özünə vacib bilmişdir.”

İmamdan soruşdum: “Ey Peyğəmbər övladı! Əgər ayın qalan günlərini oruc tutsam, oruc tutanların savabını qazanarammı?”

Buyurdu: “Ey Salim! Kim bu ayın sonuncu gününü oruc tutarsa, bu oruc onu “ölümün çətinlikləri”, ölümdən sonrakı qorxulu hadisələr və “qəbir əzabı”ndan qoruyar. Kim bu ayın son iki gününü oruc tutarsa, “Sirat” körpüsündən keçid vəsiqəsini qazanar. Kim son üç gününü oruc tutarsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda qalar və cəhənnəm əzabından qurtuluş vəsiqəsinə sahib olar.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, Rəcəb ayının fəzilətləri bölümü.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru