Rəcəb ayında oruc tuta bilməyənlərə tövsiyə olunan əməl

Rəcəb ayında oruc tuta bilməyənlərə tövsiyə olunan əməl

Əbu Səid Xudri nəql edir ki, Peyğəmbərdən (s) soruşdular:

يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

“Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ucbatındanə oruc tutmağa aciz olanlar, eləcə də, pak olmayan qadınlar bu savaba çatmaq üçün nə etsinlər?”

Peyğəmbər (s) buyurdu:

يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ

“Hər gün yoxsullara bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutan şəxsə verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplaşsalar da, cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan birini hesablayıb qurtara bilməyəcəklər.”

Süfyan Suri Rəcəb ayında verilən sədəqə və möhtaclara yardımın əhəmiyyəti və savabı ilə bağlı İmam Sadiqdən (ə), o həzrət də ata-babalarının vasitəsilə İmam Əlidən (ə) belə nəql edir:

مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ فِي رَجَبٍ ابْتِغَاءَ وَجْهِ اللَّهِ أَكْرَمَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ فِي الْجَنَّةِ مِنَ الثَّوَابِ به مَا لَا عَيْنٌ رَأَتْ وَ لَا أُذُنٌ سَمِعَتْ وَ لَا خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ؛

“Hər kəs Rəcəb ayında Allah yolunda xalis niyyətlə sədəqə verərsə, Allah-Taala Qiyamət günü ona cənnətdə elə bir mükafat əta edər ki, onun mislini görən, eşidən və qəlbindən keçirən olmaz.” (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, “Rəcəb ayının fəzilətləri” bölümü.)

Bir hədisdə də belə buyurulur:

إنَّ الصَّدَقَةَ عَلَی مِسْکِینٍ به مدٍّ مِنَ الطَّعَامِ یَقُومُ مَقَامَ یَوْمٍ مِنْ مَنْدُوبَاتِ الصِّیَامِ، وَ رُوِیَ عُوِّضَ عَنْ یَوْمِ الصَّوْمِ دِرْهَمٌ

“Həqiqətən, yoxsula bir “müd təam” (750 qram buğda, arpa...) sədəqə vermək bir gün müstəhəb orucu əvəz edir. Başqa rəvayətdə buyurulur ki, bir dirhəm sədəqə vermək bir gün müstəhəb orucu əvəz edir.” (“Biharul-ənvar”, 97-ci cild, səh.42, “İqbalul-əmal” kitabından nəqlən.)

Sual: Oruc tutmağa, eləcə də sədəqə verməyə imkanı olmayan şəxs Rəcəb ayında hansı əməli yerinə yetirsə, Rəcəb ayının savabını əldə edə bilər?

Bu sualı Peyğəmbərdən (s) soruşdular:

يَا رَسُولَ اللَّهِ (ص) فَمَنْ لَمْ يَقْدِرْ عَلَى هَذِهِ الصَّدَقَةِ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

“Ey Allahın Rəsulu (s), əgər bir kəs (Rəcəb ayında) sədəqə verə bilməsə, bu savaba çatmaq üçün nə etsin?”

Həzrət (s) buyurdu:

فَيُسَبِّحُ اللَّهَ عَزَّ وَ جَلَّ كُلَّ يَوْمٍ مِنْ رَجَبٍ إِلَى تَمَامِ ثَلَاثِينَ يَوْماً بِهَذَا التَّسْبِيحِ مِائَةَ مَرَّةٍ

“Rəcəb ayı hər gün (30 gün) yüz dəfə aşağıdakı zikri desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

(Subhanəl ilahil cəlil. Subhanə məlla yənbəğit-təsbihu illə ləhu. Subhanəl əəzzil-əkrəm. Subhanə məlləbisəl-izzə və huvə ləhu əhlun.)

Tərcümə: “Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbih və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.” (“Əl-əmali”, Şeyx Səduq, səh.539, məclis 80.)

Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru