Rəcəb ayının 27-si beynəlxalq Quran günü elan edildi

Rəcəb ayının 27-si beynəlxalq Quran günü elan edildi

Mübarək Rəcəb ayının 27-si (bu il 22 marta təsadüf edir) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı günü  İmam Hüseynin (ə) ziyarətgahı tərəfindən beynəlxalq Qurani-Kərim günü elan edilib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  artıq "Beynəlxalq Quran Günü"  ilə əlaqədar kampaniya öz işinə  başlayıb. 
 
Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahını idarə heyətinin Darul-Quran bölməsinin rəisi Şeyx Həsən Mənsuri bu barədə deyib: Rəcəb ayının 27-i ilə bağlı hazırlıqlar başlayıb. Həmin gününün beynəlxalq Quran günü elan edilməsi təkcə İraq üçün deyil, bütün dünyaya aiddir.
 
O bildirib ki, bu gün müsəlman xalqlar Qurani-Kərimlə üns qurmağa hər zamandakından daha da ehtiyaclıdırlar.

Google+ WhatsApp ok.ru