Rəsmi Myanmar müsəlmanlara qarşı cinayətlərə davam edir

Rəsmi Myanmar müsəlmanlara qarşı cinayətlərə davam edir

Arakan Rohingya Birliyinin (ARU) yayımladığı hesabatda bildirilir ki, dünya ölkələri "Kovid-19"un yayılması ilə məşğul olarkən, rəsmi Myanmar diqqətini silahlı qarşıdurma, soyqırım və cinayətə yönəldir.

 
Maide.Az xəbər verir ki, Məruzədə Arakan əyalətinin ən azı 7 şəhərində minlərlə arakanlı müsəlmanın uydurma və əsassız cinayətlərlə və ya heç bir ittiham olmadan həbsxanaya salındığı barədə məlumatlar paylaşılıb.
 
Qeyd edilir ki, fevral ayında ölkədə sənədsiz şəkildə hərəkət edən 7-si qadın, biri uşaq olmaqla 15 arakanlı müsəlman mühakimə olunaraq həbsxanaya salınıb.
 
Hesabatda vurğulanır ki, Arakan müsəlmanlarının yerləşdiyi düşərgələrdə və onların kəndlərində, digər etnik qrupların içərisində koronavirusun yayılma riskinin yüksəkdir.
 
Myanmarda hazırda yoluxanların sayı 74 nəfərdir, 4 nəfər isə koronavirusdan ölüb.
 
Məruzədə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və beynəlxalq ictimaiyyətə çağırış edilərək bildirilir ki, Myanmar hökuməti Arakandakı bütün icmaların, o cümlədən Arakan müsəlmanlarının koronavirusa qarşı qorunmasını həyata keçirsin, saxta ittihamlarla mühakimə olunan bütün Arakan müsəlmanları sərbəst buraxılsın, Arakan müsəlman düşərgələrinə koronavirusa qarşı mübarizə ləvazimatları verilsin. Bu çərçivədə həmçinin bölgədəki internet məhdudiyyətlərinin aradan qaldırılması və Arakan əyalətinin şimalındakı zorakılıqların dayandırılması da tələb olunur.
 
2012-ci ildə Myanmarın Arakan əyalətində buddistlər və müsəlmanlar arasında qarşıdurmalar baş verdi, hadisələrdə minlərlə müsəlman öldürüldü, yüzlərlə ev və müəssisə yandırıldı.
 
Myanmar ordusu və buddist millətçilər 25 avqust 2017-ci ildə Arakanda sərhəd postlarına eyni vaxtda edilən hücumları əsas gətirərək kütləvi zorakılıq aktlarına başladılar.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 minə çatıb.
 
Beynəlxalq insan haqları təşkilatlarının yayımladığı peyk görüntüləri ilə yüzlərlə kəndin məhv edildiyi sübut olunub.
 
BMT və beynəlxalq insan hüquqları təşkilatları Arakan müsəlmanlarına qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırırlar.

Google+ WhatsApp ok.ru