'İnstagram'da daha bir yenilik 28 İyul 2021 13:27 Maraq dünyası “Instagram” sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib. Bu barədə şəbəkənin sahibi olan “Facebook” şirkətinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, “Reels” qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb. Həmçinin, “Instagram”dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib. Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək. /oxu.az / Teqlər : #'İnstagram'da,#daha,#bir,#yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Whatsapp' aşağı keyfiyyətli video və foto problemini həll edib ‘YouTube’ reklamları bağlamağı asanlaşdıracaq