Rəsmi Səna ABŞ -ın Yəmənlə bağlı aldadıcı mövqeyini tənqid etdi

Rəsmi Səna ABŞ -ın Yəmənlə bağlı aldadıcı mövqeyini tənqid etdi

ABŞ tamamilə təcavüzkar koalisiyanın yanındadır və koalisiya qüvvələri meydanda məğlub olduqları zaman rəsmi Vaşinqton mövqeyini  dəyişir və atəşkəsə səsləyir. 
 
Maide.Az xəbər verir ki, bunu Yəmənin ƏNSARULLAH Hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin milli danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssəlam ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsinin Məaribdə atəşkəslə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. 
 
“ABŞ-ın təcavüzkar koalisiyaya dəstək üçün mövqe dəyişməsi  sübut edir ki, bu ölkə pərdə arxasında Yəmənə olan təcavüz və mühasirənin arxasındadır.  Koalisiya qüvvələri meydanda məğlub olduqları zaman rəsmi Vaşinqton mövqeyini  dəyişir və atəşkəsə səsləyir.” 
 
Qeyd edək ki, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq ötən gün Səudiyyə Ərəbistana səfər edib və bu ölkənin rəsmiləri ilə danışıqlar aparıb.  
 
ABŞ Dövlət Departamenti ötən gün Yəmən  Milli Qurtuluş Hökumətininə qarşı itithamlar irəli sürüb və Məaribdə atəşkəsin əldə olunması üçün yeni təklif təqdim edib. 
 
Belə ki, ABŞ Dövlət Departamenti  Məraibdə hərbi əməliyyatların dayandırılası qarşılığında  Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin mühasirəsini dayandırmağa çalışacağını bildirib. 
 
 

Google+ WhatsApp ok.ru