Rabitə Nazirliyinin daha bir məmuru həbs edildi 17 Noyabr 2015 02:00 Ölkə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin vəzifəli şəxsi həbs edilib. "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində bu gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. F.Seyidov Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə) maddəsi ilə ittiham olunur. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır. Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib APA /. Teqlər : #Rabitə Nazirliyinin daha bir məmuru həbs edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MTN-in 5 yüksək vəzifəli şəxsi tutuldu - YENİLƏNİB Beynəl-Hərəmeyndə İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyə (ə) süfrəsi - FOTO