`Radikallara qarşı təhsillə mübarizə aparmaq niyyətindəyik`

Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görmezlə görüşüb 
İslamazeri.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycanın əsas hədəflərinin dini dəyərləri nəsildən-nəsilə ötürmək olduğunu vurğulayan M.Qurbanlı bildirib: “Radikal dini qruplaşmalar xaricdən Azərbaycanı da öz təsirləri altına salmaq istəyirlər. Türkiyədə bu radikal qruplaşmalar geniş yayılmayıb. Bunun ölkənin coğrafi mövqeyi, tarixi ilə bağlı olduğunu düşünürəm. Azərbaycan 70 il kommunist rejimində yaşayıb. Bu dövrdə məscidlər bağlanıb, din alimləri sürgünə göndərilib". Ölkəsində dövlətin dinə münasibəti ilə bağlı böyük yeniliklər olduğunu qeyd edən M.Qurbanlı deyib: "Radikallara qarşı təhsillə mübarizə aparmaq niyyətindəyik. Bu məqsədlə də orta məktəblərdə dini təhsillə əlaqədar işlərə başlamışıq və bu işləri davam etdirəcəyik. Bu sahədə Türkiyənin dini işlər üzrə təcrübəsindən faydalanmaq istəyirik". /
 

Google+ WhatsApp ok.ru