Rahim Qaziyeva hücum olub

Rahim Qaziyeva hücum olub

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin hücuma məruz qaldığı bildirilir.

 
Bu barədə AzadlıqRadiosuna jurnalist Əvəz Zeynallı məlumat verib.
 
Məlumata görə, bu gün, iyunun 12-də Qaziyev Yasamal rayonunda yerləşən yaşadığı evindən çıxarkən hücuma məruz qalıb.
 
"Rahim bəy hadisəni özü mənə danışdı. Təxminən 17:00-da o, evdən çıxdı, bir azdan isə arxadan ona güclü zərbə endirildi. Hücum edənlər heç nə deməyib dəmir parçası ilə arxadan başından zərbə vurub qaçıblar. İki ya da üç nəfər idilər. Rahim bəyin başı yarıldı, qan axmağa başlayıb". 
 
Zeynallı bildirib ki, hadisə barədə Təcili Yardımın "103" xidmətinə və
 
Daxili İşlər Nazirliyin "102" qaynar xəttinə bu barədə məlumat versə də bir saat onunla maraqlanan olmamışdı. "Sonda Yasamal rayon polis idarəsinin əməkdaşları gəlib elə bu vəziyyətdə olan Rahim bəyi bölməyə apardılar. Həkimlər isə hələ də özlərini çatdırmayıb". 
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki məsələ ilə bağlı araşdırma aparılır.
 
Araşdırmanın nəticələri barədə məlumat veriləcək. 

Google+ WhatsApp ok.ru