Raketlərin kölgəsində iftar süfrəsi

Qəzzalılar iftarlarını 8 gündür BMT qərarlarını əvvəllər də dəfələrlə saymayan İsrailin hava hücumlarında atdığı raketlərin kölgəsində edir.

FaktXəbər-in "Phalastine-info"ya istinadən verdiyi məlumatına görə, İsrailin 7 iyuldan bəri Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində bəzi ailələrin başlarını soxacaq evi də qalmayıb. Hücumlar zamanı 560 ev tamamilə dağılıb, 12 min 800 ev isə ziyan görüb. Bunların 460-ı isə istifadəyə yararsızdır.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatı(UNRWA) tərəfindən köhnə bir məktəbdə qurulan iqamətgaha sığınanlar İsrailin bölgəyə hücum təşkil edəcəyi ehtimalına görə evlərindən ayrılmaq məcburiyyətində qalıblar.

Fələstinlilər bildirirlər ki, İsrail ordusu xüsusi ilə iftar saatlarında bombardmana başlayırlar. Çünki bilirlər ki, ailələr iftar süfrəsində bir yerə cəm olurlar, bombardman edib, daha çox qətliam törətmək istəyirlər.

Google+ WhatsApp ok.ru