`Raketlərimiz hədəfləri minlərlə kilometr məsafədən yüksək dəqiqliklə vurur, bu gücümüzü qoruyacaq və var gücümüzlə inkişaf etdirəcəyik`. - YENİLƏNİB

`Raketlərimiz hədəfləri minlərlə kilometr məsafədən yüksək dəqiqliklə vurur, bu gücümüzü qoruyacaq və var gücümüzlə inkişaf etdirəcəyik`. - YENİLƏNİB

(ilk xəbər bu gün saat  13:54  dərc olunub ) 
 
Xəbər verdiyimiz kimi, bu gün Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei tələbələr qarşısında çıxış edib və İmam Mehdi Sahib əz-Zamanın (a.f) mövludu münasibətilə öz təbriklərini çatdırıb. “Şəban ayı ilahi rəhmət yağışı ayıdır. Hər kəsə, xüsusi ilə gənclərə bu ayın xüsusi ilə Şəban ayının 15-ci gecəsinin əməllərindən istifadə etməyi tövsiyə edirəm. Şəban ayı başdanbaşa ilahi lütf və sevinc ayıdır. Lakin təssüflər olsun ki, bu il Gülüstan əyalətində mədəndə baş vemriş hadisə və Sistan və Bəluçistan əyalətində sərhədçilərin şəhadəti hadisəsi ilə üzləşdik. Amma buna baxmayaraq bu ay Əhli-beyt (ə) ürəkləri yaxınlaşdırmaq ayıdır. Zühura inananlar heç vaxt ümidsizliyə giriftar olmur. Bilirlər ki, qaranlığın ardınca hökmən günəş saçacaq və bu ilahi vədə hökmən yerinə yetiriləcək. Biz intizarda olmağa əmr olunmuşuq. İntizarın mənası səbirsizlik etmək demək deyil. Bəlkə intizar “daim hazırlıqlı” olmaq mənasınadır. İntizarda olan elə davranmalıdır ki, özünü islah etməlidir ki, o imamın ürəyini sevindirsin. Qəlblər və güc Allaha məxsusdur. İran xalqı ilahi lütfə söykənərək öz yolunu tam güclə davam etdirəcək və bu yolda gənclərin rolu daha önəmlidir”. 
 
Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) ölkənin iqtidar və güclü olması amillərindən biri adlandırıb. “Beynəlxalq təbliğatda və hegemon siyasətçilərin çıxışlarında Sepaha qarşı narahatçılıq və qəzəb açıq aşkar görsənir”.
 
Ayətullah Xamenei ölkəni güclü və iqtidarlı edən amillərdən biri kimi də elm və elmi inkişafı ad çəkib. “Bu səbəbdəndir ki, onlar öz muzdlularını göndərərək bizim nüvə alimlərimizi terror etdi. Çünki İranın elmi inkişafı onları qəzəbləndirir”. 
 
Ayətullah Xameni ölkənin güclü olması amillərindən digərini “güclü və müstəqil iqtisadiyyat” olduğunu vurğulayıb və bildirib ki, İrana qarşı sanksiyalar və ölkə iqtisadiyyatına zərbə vurmaq üçün görülən müxtəlif tədbirlər buna sübutdur. Kaş ölkənin mömin iqtisadçıları iqtisadiyata zərbə vurmaq üçün düşmənlərin müxtəlfi planlarını xalq üçün açıqlasın. 
 
İranın digər iqtidarı onun hərbi gücüdür. “İslam Respublikasının raket gücü ilə bağlı səs-küy qoparırlar. Bu onların İranın bu gücündən qəzəbləndikləri və narahatçılıqları üçündür. Bizim raketimiz var və raketlərimiz çox dəqiq hədəfi vurma qabiliyyətinə malikdir. Hədəfləri minlərlə kilometr məsafədən yüksək dəqiqliklə vurur. Biz bu iqtidarı var gücümüzlə qoruyacayıq və var gücümüzlə inkişaf etdirəcəyik”. 
 
Ayətullah Xamenei bildirib ki, hazırkı şəraitdə düşmənini qısa müddətdə məqsədi ölkədə sabitliyi pozmaq, gərginlik və fitnə yaratmaqdır. “Biz stabilliyi pozulmuş bir bölgədəyik, gərginliklərlə dolu bir dünyadayıq. Lakin ölkədə təhlükəsiz mühit yarada bilmişik. Məqsədləri bu böyük fəxri İslam Respublikasının əlindən almaqdır. Bunu İran xalqının əlindən almaq istəyirlər. Əgər fitnələrə və gərginliklərlə mübarizəyə hazır olsaq, əminliklə deyə bilərəm ki, onların planlarını pozacayıq”. 
 
Ayətullah Xamenei əlavə edib ki, düşmənin ortamüddətli məqsədi iqtisadi məsələlər və xalqın güzəranıdır. “İstəyirlər iqtisad inkişaf etməsin, axsasın, iş və istehsal ölkədə az olsun və işsizlik bir bəla olaraq ölkədə geniş yayılsın. Və beləliklə gündəlik çətinliklərə görə xalqı İslam Respublikasından naümid etsinlər”.
 
Ayətullah Xamenei düşmənlərin uzunmüddətli məqsədlərini də açıqlayıb. “Düşmənin uzunmüddətli məqsədi isə İslam Sistemini kökündən dəyişməkdir. Bir gün açıq-aşkar deyirdilər İslam Respublikası məhv olmalıdır. Sonra gördülər ki, bacarmadılar və bu onların ziyanınadır. Gəldilər və mülayimlik göstərib dedilər ki, İslam Respublikasının hərəkətlərində dəyişiklik istəyirik. Mən həmin vaxt məsul şəxslərə dedim ki, diqqətli olan “hərəkətlərdə dəyişiklik” “sistemin dəyişikliyi” ilə heç bir fərqi yoxdur. Hərəkətləri dəyişmək, yəni indiyədək İslam, İnqilab və İmam Xomeyninin (rə) yolunda hərəkət edirdik, indi istiqaməti dəyişək və yavaş-yavaş qarşı tərəfə keçək”. 
 
Ayətullah Xamenei çıxışının davamında ölkədə keçiriləcək seçkilərə toxunub və bildirib ki, seçkilər həm yüksəliş və izzət gətirə bilər və həm də zəiflik, süstlük və problemlər yarada bilər. “Əgər xalq seçkilərdə nizam-intizamlı olarsa, əxlaqla davranarsa, qanun və islami sərhədləri qoruyarsa, bu İslam Respublikası üçün izzət gətirəcək. Əgər qanundan kənar çıxılarsa, əxlaqsızlıqlar olunarsa, əgər öz sözləri ilə düşməni ümidvar edərlərsə, seçkilər bizim ziyanımıza olacaq”.
 
Ayətullah Xamenei seçkilər prosesində təhlükəsizliyin təmini və sabitliyin önəmindən danışıb. “Məsul şəxslər, Məhkəmə Sistemi, Polis, Daxili İşlər Nazirliyi və digər qurumlardan istəyirəm ki, ehtiyatlı olsun və sabitliyi qorusun. Əgər ölkənin təhlükəsizliyinə qarşı kimsə  baş qaldırmaq istərsə, çox sərt və təcili reaksiya ilə üzləşməlidir. 
O, xəbis amerikalı, sionist milyarder və spekulyator dedi ki, mən Gürcüstanı 10 milyon dollarla alt-üst elədim. 2009-cu ildə axmaqlıq etdi və istədi bu əzəmətdə olan İslam Respublikasına təsir göstərsin, lakin milli iradə və əzmkarlığa söykənən möhkəm bir divarla üzləşdi. Bu gündə bu belədir”. /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru