Raket və artilleriya qoşunlarının təlimləri keçirilir

Azərbycan Silahlı Qüvvələri raket və artilleriya qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
 
Təlimlərdə 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularından istifadə edilir. 
 
Həmçinin taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.
 
Nazirliyin rəhbərliyi şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib.

Google+ WhatsApp ok.ru