Ramadinin azad olunması əməliyyatında 813 İŞİD üzvi öldürülüb

İŞİD terror qruplaşmasının işğalında olanRamadi şəhəri uğrunda aparılmış əməliyyat zamanı ötən iki həftə ərzində 813 qruplaşma üzvi öldürülüb. 
Maid.az xəbər verir ki, bunu İraqın müdafiə naziri Xalid Übeydi deyib. “İŞİD terror qruplaşmasının üzvləri əməliyyatlara maneçilik törətmək məqsədi ilə 56 avtomobil partladıblar.”. 
O, əlavə edib ki, Ramadidə evlərin 80 faizi darmadağın edilib. 
Qeyd edək ki, İraq ordsusu könüllü qüvvələrin yardımı ilə bazar ertəsi Ramadini İŞİD qruplaşmasından təmizləyib. İŞİD may ayından Ramadini işğal etmişdi. 
Hazırda Ramadinin küçələrində və evlərdə quraşdırılmış bomba və minaların təmizlənməsi işləri gedir. /
 

Google+ WhatsApp ok.ru