Bəqərə, 68. Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın?» Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»

İmam Sadiq (ə) buyurur:
“Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”



Ramazan ayında çəkini azaltmaq üçün tövsiyələr

-- Ramazan ayında bədənin maddələr mübadiləsini kontrol etmək üçün bəzi tövsiyələr

Tarix : 15-05-2018 14:23

Ramazan ayının iftar və obaşdanlarları zamanı bəzi nöqtələrə riayət edərək çəki artırmaq yerinə, arıqlamaq olar. Tədqiqatlar göstərir ki, oruc köklüyü müalicə etməkdə, qanda olan yağların səviyyəsini aşağı salmaqda və diabet xəstəliyinin yaxşılaşmasında böyük rola malikdir.
 
Ancaq çox təəssüf ki, bəziləri bu ayı daha yaxşı cismi sağlamlığa malik olmaq ümidi ilə başlayır, ancaq ayı daha çox bədən problemləri ilə sona vururlar. Çünki Ramazan ayında düzgün qidalanmağın yolunu bilmirlər.
 
Ramazan ayında bədənin maddələr mübadiləsini kontrol etmək üçün bəzi tövsiyələr:
 
1. İftar zamanı tövsiyə olunur ki, səhər yeməyinə bənzər yeməklərlə qidalanılsın.
 
2. Məğrib azanından bir az sonra orucunuzu açın. Orucunuzu içəcəklər və yüngül yeməklərlə açmağa çalışın. Tövsiyə olunur ki, iftarınızı qaynanmış su və ya açıq rəngli çayla açasınız.
 
3. Şirin və bol kalorili buğda məhsulları yerinə meyvə və tərəvəzlərə müraciət edəsiniz.
 
4. Susuzluğunuzu yatızdırmaq üçün suyu və şərbətləri çox içmək susuzluğu yatızdırmaz, əksinə - suyun daha çox dəf olmasına səbəb olar.
 
5. Yeməyi sürətlə yemək insanın beyninə siqnalın gec gedib çatmasına səbəb olar. Ona görə də iftar zamanı yeyən zaman tələsməyin ki, tox olmaq siqnalı beyninizə vaxtında gedib çatsın.
 
İftardan sonra:
1. İftar zamanı ağır yeməklərdən istifadə etmək tövsiyə olunmur. Çünki oruc tutan insanın həzm prossesi gün ərzində dayandığı üçün iftarda ağır yeməkləri qəbul etmək imkanına malik olmaz. Ona görə də iftarınızı yüngül yeməklərlə açmağa çalışın. Yarım saat və ya bir saat fasilə verdikdən sonra şam yeməyinizi yeyin.
 
2. Yeməkdən sonra meyvə və tərəvəz yemək qəbizliyinizi aradan qaldırar və bədəninizə lazım olan vitaminləri və mineralları verər.
Səhər obaşdan yeməklərində həddən artıq çoxlu su içmək tövsiyə olunmur. Çünki bədənin mayesini tənzim edə bilməz və gündəlik susuzluğun aradan getməsinə yardım etməz. Əgər Ramazan ayında bu deyilənlərlə yanaşı, piyada yeriməyi də proqramınıza salsanız, əlavə çəki almaz və sağlam şəkildə orucunuzu tuta bilərsiniz. (Maide.Az)


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 13:40