RAMAZAN AYININ 3-cü GÜNÜNÜN DUASI - VİDEO 18 May 2018 01:00 Ramazan -- Ramazan ayı təqvimi və gündəlik duaları Bakıda sübh azanı saat 03:43-də, axşam azanı isə saat 20:09-dadir. Ərəbcə: اَللّـهُمَّ ارْزُقْني فيهِ الذِّهْنَ وَالتَّنْبيهَ، وَباعِدْني فيهِ مِنَ السَّفاهَةِ وَالَّتمْويهِ، وَاجْعَلْ لى نَصيباً مِنْ كُلِّ خَيْر تُنْزِلُ فيهِ، بِجُودِكَ يا اَجْوَدَ الاجْوَدينَ . Oxunuşu: Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin. Tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi! İFTAR DUASI: Ərəbcə: للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm. Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 3-cü gün - 10 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas) Teqlər : #RAMAZAN AYININ 3cü GÜNÜNÜN DUASI VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MÜBARƏK RAMAZAN AYINDA GÜNDƏLİK NAMAZLARDAN SONRA OXUNAN DUA 2- VİDEO 2017-ci ilin iyun ayı üçün əlamətdar islami günlər