Ramazan ayında bu içkilər məsləhətdir

Ramazan ayında bu içkilər məsləhətdir

-- Elə mayelər seçilməlidir ki...

Oruc tutarkən ən önəmli məsələlərdən biri maye qəbuludur.
 
Maide.Az “kadinvekadin.net” saytına istinadən xəbər verir ki, maye qəbulunun normada olması lazımdır.
 
Bundan başqa, hansı mayelərin qəbuluna da diqqət yetirilməlidir. Elə mayelər seçilməlidir ki, həm sərinləşdirməli, həm də susuzluğun qarşısını almalıdır.
 
Türkiyəli məşhur dietoloq Aslıha Altuntaş bu barədə oruc tutanlara bəzi məsləhətlər verib:
 
- İmsaka qalxarkən öncə su için
 
Yetkin insanların günlük maye qəbulu norması 2-2,5 litrdir. Bunun 1-1,5 litri su halında, qalan hissəsi isə qidaların tərkibində qəbul edilməlidir. İmsakda yeməkdən öncə 400 qram, iftarda isə 1-2 stəkan su içilməsi məsləhətdir. Digər hissəni də iftarla imsak arasında içmək olar.
 
- Suya müxtəlif dadlandırıcı vasitələr qataraq su içməyi daha keyfli vəziyyətə gətirmək olar:
 
1. 3-4 dilim qabıqlı limon, 3-4 yarpaq nanə, biraz nanə, 1 ədəd kiçik xiyar
 
2. Bir neçə ədəd çiyələk, 3-4 yarpaq nanə, biraz şüyüd
 
3. Yarım limonun suyu, barmağın üçdə biri qədər zəncəfil, yaşıl almanın yarısı, 3-4 yarpaq
 
Bu qarışıqları 1-1,5 litr suya qoymaq və 2-3 saat soyuducuda gözlətdikdən sonra az-az içilməlidir.
 
Bundan başqa, ifatrdan 1-1,5 sat sonra kefir, qatıq və ya süd içə bilərsiniz. Bunlar həm maye ehtiyacınızı qarşılayır, həm də orqanizmi bol vitaminlə təmin edir.

Google+ WhatsApp ok.ru