Ramazan süfrələrində yer alması vacib olan qidalar – Siyahı

Ramazan süfrələrində yer alması vacib olan qidalar – Siyahı

-- Yumurta, şorba ...

Yemək vərdişimizin dəyişdiyi Ramazan ayında qidalanmaya diqqət yetirmək sağlamlıq baxımından vacibdir.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, doğru qidaların seçilməsi oruc tutmağa dəstək verir.
 
Müqəddəs ayda süfrələrdə olması vacib göstərilən qidalardan bir neçəsini təqdim edirik:
 
- İmsakda yumurta – Proteini yüksəkdir. Mədəni tox saxlayır.
 
 
- Xurma – Mədə-bağırsağı normada saxlayır.
 
 
- Şorba – Maye balansını qorumağa, həmçinin tərkibindəki az kalori sayəsində çəkini normada saxlamağa kömək edir.
 
 
- Buğda çörəyi – Daha az kalorisi sayəsində daha uzun müddət tox qalmaq olur.
 
 
- Zeytun – Həm imsak, həm də iftarda məsləhət görülür.
 
 
- Süd və qatıq – Tərkibindəki kalsium artıq yağları parçalamaq funksiyası daşıyır və bədən rahatlayır.
 
 
- Darçın – Qandakı şəkərin miqdarını nizama salır. Həzm prosesini sürətləndirir. Toxluq müddətini artırır.
 

Google+ WhatsApp ok.ru