Ramazan ayı münasibətilə Sәudiyyәdә Quba məscidində çətirlər quraşdırlır

Səudiyyə Ərəbistanının İslam İşlər Nazirliyi qızmar günəşdən dindarları qorumaq üçün Mədinədəki Quba məscidinin qərb həyətində böyük çətirlərin qurulmasına başlayıb.
 
Deyerler.Org-un verdiyi xəbərə görə, yeni quraşdırılacaq çətirlər əvvəlki çətirləri əvəzləyəcək. "Biz bütün çətirlərdə kondisioner quraşdıracağıq. Yeni çətirlər əvvəlkindən daha böyük olacaq və daha çox dindarı əhatə edə biləcək", - deyə nazirliyin Mədinə üzrə baş direktoru Məhəmməd Əl-Xatari bildirib.
 
O, bildirib ki, çətirin quraşdırılması yaxın vaxtlarda başa çatdırılacaq və bu layihələr hazır olan məscidin genişləndirilməsi planı ilə heç bir əlaqəsi yoxdur.
 
"Ramazan ayının gəlişi münasibətilə məscidimizə xeyli sayda müsəlmanın, o cümlədən xarici zəvvarların ziyarәti gözlənildiyi üçün, çətirlərin salındığı ərazidə yeni xalçalar, eləcə də su soyuducuları qoyacağıq", - deyə o bildirib. /

Google+ WhatsApp ok.ru