BMT-nin Uşaq Fondu: 10 milyon Əfqanıstanlı uşağın həyatda qalması üçün yardıma ehtiyacı var

BMT-nin Uşaq Fondu: 10 milyon Əfqanıstanlı uşağın həyatda qalması üçün yardıma ehtiyacı var

Bu gün 10 milyon Əfqanıstanlı uşağın həyatda qalması üçün  humanitar yardıma ehtiyacı var.  
 
Maide.Az  xəbər verir ki, bunu  BMT-nin Uşaq Fondunun – YUNİSEF icraçı direktoru Henrietta For deyib. 
 
O bildirib ki,  hesablamalara görə, 1 milyon Əfqanıstanlı uşaq  aclıqdan əziyyət çəkir və onlar müalicə olunmazsa həyatlarını itirəcəklər. 
 
O, aralarında 2.2 milyon qız olan 4.2 milyon Əfqanıstanlı uşağın məktəbdən məhrum olduğunu bildirib və qeyd edib ki,  təqribən  435  min uşaq və qadın evlərindən didərgin düşüb. 
 
BMT rəsmisi  qeyd edib ki, Əfqanıstanlı uşaqların durumu acı bir reallıqdır. “Quraqlıq və şiddətli su çatışmazlığı, Covid-19 epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və qışın gəlməsi fonunda önümüzdəki aylarda uşaqların və qadınların həyat ehtiyaclarının artacağını gözləyirik.”
 
H.For bildirib ki, Əfqanıstanda milyonnlarla insanın hələ də sağlamlıq, peyvəndləşmə, qidalanma, sığınacaq, su və sanitariya kimi xidmətlərə ehtiyacı var. 
 
 

Google+ WhatsApp ok.ru