Ramazan ayı öncəsi Bütün Gürcüstan Müsəlmanları İdarəsi əlil arabasına ehtiyacı olanların ehtiyacını qarşıladı - FOTOLAR

Maide.az-ın məlumatına görə, Ramazan ayı öncəsi Bütün Gürcüstan Müsəlmanları İdarəsi əlil arabasına ehtiyacı olanların ehtiyacını qarşılayıb.
 
Gürcüstanın Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Kaspinin kəndlərindən ümumilikdə 10 ehtiyaclı yerimə əngəllilər tərəfindən İdarəyə müraciət edilmişdi. Buna görə də həmin bölgələrdə təyin olunan din xadimləri xeyirxahlıq ayı olan Ramazan öncəsi əlil arabalarını Tbilisi “Cümə” məscidindən təhvil alıb, əlillərin yaşadıqları ünvanlara çatdırdılar. Din xadimləri ilə birgə bu sahədə “Salam” Xeyriyyə Mərkəzinin sədr və əməkdaşları da yardım etdilər.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru