Ramazan ayında beynəlxalq `Quran Saatı` kampaniyası

Ramazan ayında beynəlxalq `Quran Saatı` kampaniyası

-- 100 ölkədən 400 milyon nəfərin kampaniyaya qoşulacağı təxmin edilir

Malayziya Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə  Ramazan ayında beynəlxalq  “Quran saatı” kampaniyası təşkil olunacaq. 
 
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, beynəlxalq “Quran saatı”  kampaniyasına  iyunun 7-də  Hacı Əhməd Şah məscidində  start veriləcək. 
 
Malayziya İxlas Vəqfini rəhbəri  Hisaməddin Yaqub  deyib ki, bu sosial kampaniyaya   dünyanın hər bir yerindən qoşulacaqlar. “Ötən il  bu kampaniyanın səhifəsinə 357 milyon nəfər qoşulub.  Bu rəqəm 2016-cı ildə 87 milyon nəfər olub. 
 
Cari ildə isə  “Quran saat” kampaniyasına ölkənin 10 böyük media qurumu dəstək verəcək və  düşünürük ki,  bu ilki kampaniyada  iştirakçıların sayı  daha da çox olacaq”. 
 
O qeyd edib ki, cari ildə  100 ölkədən 400 milyon nəfərin  “Quran saatı” kampaniyasına qoşulacağını təxmin edirik. 
 

Google+ WhatsApp ok.ru