Ramazan ayında istiğfara diqqət edək

Bu ay ilahi ziyafət ayıdır. Allahın bu ayda (qonaqlıqda) bəndələrinə iltifatı – bu mənəvi iltifatdır – rəhmət qapılarını açmaqdan, bağışlanmaq üçün şərait yaratmaq, bəndələrin bu ayda etdikləri xeyir əməllərin savabını artırmaqdan ibarətdir. Ramazan ayının orucu da bu böyük ilahi ziyafətin maddələrindən biridir. Bu, insan ruhunun saflanmasına, qəlbinin paklığına şərait yaranmasına səbəbdir. İmam Səccad (ə) bir xütbədə buyurur: "Ramazan ayı paklıq ayıdır". Ramazan ayı paklanmaq, qəlb təharəti, bağışlanmaq ayıdır. Çünki Allah-Taala əfv diləməyi bu ayda digər aylardan daha çox diqqətə alır. Buna görə də bir rəvayətdə deyilir: "Ramazan ayında bağışlanmayan kimsə hansı ayda bağışlanacaq". Əgər kimsə ramazan ayında – rəhmət, əfv qapısının insanların üzünə açıq olduğu ayda – ilahi rəhmətə, bağışlanmağa nail ola bilmirsə, bu uğur ona nə zaman nəsib olacaq?
 

Google+ WhatsApp ok.ru