Ramazan ayında Rusiyada 6 milyon müsəlman oruc tutur

Ramazan ayında Rusiyada 6 milyon müsəlman oruc tutur

Rusiya Müsəlmanları İdarəsinin Mərkəzi Kabinetinin sədri müfti Muhəmməd Tajuddinov Rusiyada yaşayan müsəlmanların 30%-dən çoxunun, yəni təxminən 6 milyon insanın Ramazan ayında davamlı olaraq oruc tutduğunu bildirib.
 
Deyerler.org xəbər verir ki, Tajuddinov Sputnik-ə verdiyi açıqlamasında belə deyib: "Əldə etdiyimiz məlumatlara görə, Rusiyadakı 20 milyon müsəlmanın təxminən 6 milyonu, yəni 30%-dən çoxu Ramazan ayında oruc tutur".
 
Rusiya Müsəlmanları İdarəsinin Mərkəzi Kabinetinin baş müftisi Talqat Tacuddin də bir müddət əvvəl verdiyi açıqlamasında, oruc tutan insanın imanını daha da möhkəmləndirdiyini qeyd etmişdir: "Həqiqi və səmimi imana malik olan özü üçün istəmədiyini başqaları üçün də istəməyəcək. Bu prinsipin gündəlik həyatda əks olunması, bütün ətrafındakılar və hətta bütün dünyaya sevgi və mərhəmətlə yaxınlaşmasında müəyyən olunmalıdır".

Google+ WhatsApp ok.ru