Ramazan ayında Rusiyanın Çelnı şəhərində ictimai nəqliyyatın iş saatı uzadılacaq

Müqəddəs Ramazan ayının gəlişi münasibətilə Naberejnıye Çelnı-da ictimai nəqliyyatın şəhər daxili iş saatı uzadılır.
 
Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, dəyişiklər ilk növbədə avtobus və mikraavtobuslara aid ediləcək. Xüsusən, bu vaxt qrafiki şəhərin iri prospektləri sayılan Çulman, Syyumbike və Sülh küçələrinə işləyən nəqliyyat vasitələrinə aiddir.
 
Uzadılmış iş rejimi iyun ayının 5-dən, iyul ayının 5-nə kimi qüvvədə qalacaq.
 
Qrafikin qüvvəyə minməsi inanclıların şəhərin mərkəzində yerləşən məscidlərdə  ibadətlərini rahatlıqla yerinə yetirilməsi ilə əlaqədardı. /

Google+ WhatsApp ok.ru