Ramazan ayında sağlam oruc necə tutmaq olar? - Həkim məsləhəti

Ramazan ayında sağlam oruc necə tutmaq olar? - Həkim məsləhəti

Ramazan ayında oruc tutan şəxslər proteini çox olan yeməyə üstünlük verməli, C vitami bol qidalar istehlak etməlidirlər.   Həkimlər bildirirlər ki, koronavirus xəstəliyini keçirmiş şəxslərin ağciyərlərində 2-3 həftə fəsadlar qala bilər. Xroniki xəstəlikləri olan insanlar da həkimə müraciət etdikdən sonra oruc tutmalıdırlar. Çünki bu pandemiya zamanı oruc tutmaq onlar üçün riskli ola bilər.
 
Maide.Az Türkiyəli həkim Dr. Ender Saraçın Ramazan ayında sağlam oruc tutmaqla bağlı  tövsiyələrini oxuculara təqdim edir: 
 
Şüurlu oruc sağlam insanlarda immunitet sistemini çökdürmür
 
Şüurlu şəkildə oruc sağlam insanlarda immunitet sistemini məhv etmir. Bu müddətdə yaxşı qidalanma lazımdır. Ət, toyuq, yumurta, balıq və paxlalı bitkilər kimi proteinlər istehlak edilməlidir. Bəhməz, meyvə lavaşı, yağsız ət kimi qidaları istehlak etməsi çox vacibdir. Kətan toxumu yağı da bu Ramazan ayında çox əhəmiyyətlidir. 
 
Gündə bir limon istehlak etmək lazımdır
 
Gündə bir limon istehlak edilməlidir. Kivi, turş alma, göyərti, yaşıl bibər, quzuqulağı (turşəng), şüyüd kimi göyərtilər istehlak etmək lazımdır. İstehlak etdiyimiz hər şeyə limon tökə bilərik. D3 vitamini bu Ramazan ayında çox vacibdir. Günəşə çıxmaq mütləqdir. Ən azı 20 dəqiqə günəşli havada gəzmək lazımdır. D vitamini qəbul etsək, immunitet sistemimiz asanlıqla dağılmaz.
 
İftardan sonra şirin yeməmək üçün diqqətli olmalıyıq
 
Maskanın əhəmiyyəti bu müddətdə çox vacib bir mövqe tutur. Maskanın təsirini artırmaq üçün burun və maskanın ağız hissəsinə bir damla dəfnə yağı, mixək yağı və ya kəklikotu yağı əlavə edə bilərik. Bu Ramazan ayında hər kəs  iftardan dərhal sonra şirniyyat yeməmək üçün diqqətli olmalıdırlar. Qan şəkərinizi qaldırsanız, bu immunitet sistemindəki zərərlərdən biri olacaqdır. İftarda bir böyük və ya üç kiçik xurma ilə orucunuzu aça bilərsiniz. Sonra bir stəkan bal və limon qarışdırılmış su içilə bilər. Bundan sonra bir kiçik kasa şorba ilə başlaya bilərsiniz. Bundan sonra dik durmalısız ki, içdiyiniz  su və şorba bağırsaqlara rahat getsin. Bu şəkildə yenidən masaya qayıdarkən yeməyi tez istehlak etməyəcəksiz.
 
İmsaqda 1-2 xiyar və limon sıxılmış təzə nanə günortaya qədər susuz qalmağın qarşısını alır
 
Şirniyyat və meyvələri iftardan iki saat sonraya saxlayın. Dolu mədə ilə şirin yemək çox zərərlidir. Qan şəkərini artırır və orucun faydasını azaldır. Yüngül qlutensiz şirniyyatlar istehlak edilə bilər. Şirni ilə yanaşı qurudulmuş qoz-fındıq da istehlak edilə bilər. Həzmi asanlaşdırmaq istəyən və yeməkdən sonra sinə göynəməsi, mədə qıcqırması olan xəstələr şüyüd çayı içilməlidir (Təbii ki, bu cür xəstəliyi olanlar həkimə müraciət etsələr, daha yaxşıdır). Yaxşı yatmaq üçün limonotu və çobanyastığı çayı daha yaxşıdır. İmsaqda bərk bişmiş yumurta və az duzlu pendir çeşidi istehlak edilməlidir. İmsaqda son loxmanı 1-2 xiyar və limon sıxılmış təzə nanə olsa, daha yaxşıdır. Təzə nanə günortaya qədər susuzluğun qarşısını alır. 
 
Bu, vücuda tutdurduğumuz orucdur, ən əsas olan ruhumuza oruc tutdurmaqdır.
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru