`Ramazan ayında özümüzü qoruduğumuz kimi,gərək üzümüzə gələn digər aylarda da bu halı qoruyub saxlayaq`

`Ramazan ayında özümüzü qoruduğumuz kimi,gərək üzümüzə gələn digər aylarda da bu halı qoruyub saxlayaq`

Ramazan ayının son günləridir və qarşıdan Ramazan bayramı gəlir. Tanınmış ruhani Hacı Əli Behişti Maide.Az vasitəsilə mübarək Fitr Bayramı münasibətilə Azərbaycan xalqını, bütün İslam aləmini təbrik edib. 
 
Bismillahir  Rəhmanir Rəhim
Mən də öz növbəmdə başda zəmanə İmamı (ə.f)olmaqla bütün müsəlmanları təbrik edirəm. Allah(c.c) bütün günlərimizi mübarək qərar versin. Necə ki, hədislərdə var insan günah etmədiyi gün onun üçün bayramdır. Bu bir ayı ki biz çalışdıq, təqva yığaq və Yaradana doğru gedək, Rəbbimiz hamılıqda hamısını bizlərdən əla dərəcədə qəbul eləsin. 
Orucluq ayı təqvalı olmaq üçün məşq ayıdır. Bu ayda şeytan zəncirlənir. Biz də Allahın lütfü ilə nəfsimizlə mübarizə aparaq təqvalı olmaq istəyirik. Necə ki, mübarək Ramazan ayında özümüzü qoruduq, eləcədə gərək üzümüzə gələn digər aylarda bu halı qoruyub saxlayaq. /

Google+ WhatsApp ok.ru