Kərbəla şəhidləri - Məhəmməd ibn Abdullah ibn Cəfər Təyyar

Kərbəla şəhidləri - Məhəmməd ibn Abdullah ibn Cəfər Təyyar

Məhəmməd, Abdullah ibn Cəfərin Kərbəlada şəhadətə yetən övladlarındandır və anası xanım Zeynəbdir (s.ə). O, döyüşdüyü halda bu rəcəzi oxuyurdu:
نَشْكُو إِلَى اللَّهِ مِنَ الْعُدْوانِ‌
فِعالَ قَوْمٍ فِي الرَّدى‌ء عُمْيانِ
قَدْ بَدِّلُوا مَعالِمَ الْقُرْآنِ‌
وَمُحكَمَ التَّنْزيلِ وَالتِّبْيانِ‌
وَأَظْهَرُوا الْكُفْرَ مَعَ الطُّغْيانِ‌
“Alçaqlıqda korlara bənzəyən dəstənin əməlindən Allaha şikayət edirəm. O kəslərdən ki, Quran maarifi və möhkəm olan ayələri dəyişdirdilər, küfr və tüğyanı aşkar etdilər.”
 
Məhəmməd Bəni-Haşimin digər gəncləri kimi qəhrəmacasına döyüşdü və Amir ibn Nəhşəlin əli ilə şəhadətə yetdi. 
 
Məhəmməddən başqa, Cəfər Təyyarın xanədanından Ovn ibn Abdullah ibn Cəfər, Abdullah ibn Abdullah ibn Cəfər və Qasim ibn Məhəmməd ibn Cəfər də İmam Hüseynin (ə) qoşununda Aşura günü şəhadət feyzinə nail oldular.
 
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru