İbadət və təfəkkür

İbadət və təfəkkür

 
İmam Rza (ə) buyurmuşdur:
 
لَیسَتِ العِبادَة کَثَرة الصِّیامِ و الصّلوة و انَّما اِلعبادَة کَثَرة التَّفَکُّرِ فِی اَمرِاللهِ
 
"İbadət - oruc və namazın çoxluğundan ibarət deyil, əksinə Allahın işlərində daha çox təfəkkür etməkdən ibarətdir." ("Tuhəful-uqul", səh.802.)
 
Təfəkkür və düşüncəyə dəvət İslam dinində ən mühüm mövzulardan biridir və bu, ən gözəl ibadət sayılır.
Allahın işləri haqqında düşünmək isə təfəkkür və düşüncənin ən gözəl növüdür.
 
Buna  səmanın gözəllikləri, insanın varlığı ilə bağlı qəribəliklər, ilahi nemətlər, yer üzünün varlıqlarının yaradılışı, heyvanlar, bitkilər, dənizlər, dağlar, meşəllər, gecə və gündüz haqqında düşünməyi misal göstərə bilərik.
 
İnsan ilahi nemətlər haqqında düşündükdən sonra bu qədər saysız-hesabsız nemətlərin yaradanının Allah-Taala, Onun qadir və əzəli olduğunu anlayır.
 
Bu zaman insan Öz Yaradanına, Onun əmrinə təslum olur və nəticədə, namazı, orucu və digər ibadətləri mərifətlə yerinə yetirir.
 
Maide.az - Maarif bölümü

Google+ WhatsApp ok.ru