Kərbəla caniləri - Mərvan ibn Həkəm ibn As

Kərbəla caniləri - Mərvan ibn Həkəm ibn As

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Mərvan ibn Həkəm ibn Asdır.
 
O, “Aşura” faciəsində iştirak etməsə də, Yeziddən sonra İmam Hüseynin (ə) qətlə yetirilməsini ortaya atan və onu Mədinə hakiminə o Həzrətlə görüşdüyü gecə təklif verən ilk şəxs olmuşdur. 
 
O, hicrətdən iki il sonra dünyaya gəlmişdir. Atası Həkəm ibn Əbülas (və yaxud Əbu Həkəm) zahirdə İslamı qəbul etsə də, həmişə Peyğəmbəri (s) incidir, o Həzrətə qarşı dərin kin bəsləyirdi. Peyğəmbər (s) onu oğlu Mərvanla birlikdə Taifə sürgün etdi. 
 
O, mənfur siyasəti və məsləhətləri ilə Əməvilərin müsəlmanlara zülmü geniş vüsət tapdı, ümumi əmlak yalnız Əməvilər arasında bölüşdürüldü, ümmətə sosial təbəqələşmə hakim oldu, Peyğəmbərin (s) siyasi, idari, iqtisadi və əxlaqi tövsiyələri unuduldu.
 
O, Kərbəlanın digər amilləri kimi, Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı keçmiş batini nifrətini bildirmək məqsədilə, bu sülaləyə qarşı çıxaraq onları şəhadətə yetirmək planını irəli sürdü.
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru