Ramazan ayının 21-ci gününün duası

İmsaq: 04.32
İftar: 21.29
(Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)

"Bismillahir-Rahmənir-Rahim. Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi ələyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

Tərcüməsi: "İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"
 
İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli
 
Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
21-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
 

Ramazan ayının təqvimi

 

 

Google+ WhatsApp ok.ru