Ramazan ayının 30-cu gününün duası

İmsaq: 04.44
İftar: 21.21
(Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)

" Bismillahir-Rahmənir-Rahim. Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin". 

Tərcüməsi: "İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".
 
İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli
 
Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
30-cu gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas və namazdan sonra 100 dəfə salavat. 
 
 

Ramazan ayının təqvimi

 

Google+ WhatsApp ok.ru