İran yeni nəsil 'Mirsad-16' HHM sistemini uğurla sınaqdan keçirib

İran yeni nəsil 'Mirsad-16' HHM sistemini uğurla sınaqdan keçirib

İran yeni nəsil “Mirsad-16” hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib. 
 
Madie.Az xəbər verir ki, İranın Mərkəzi səhrasında keçirilən sınaqda təyin olunmuş hədəflər uğurla məhv edilib. 
 
İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin Əməliyyatlar üzrə komandir müavini  briqada generalı Məhəmməd Xoşqəlb  bildirib ki, “Mirsad-16” HHM sistemi  yerli mütəxəssislər tərəfindən yeni texnologiyalarla hazırlanıb. “Bu sistem  elektronik müharibə və eyni zamanda bir neçə hədəfi məhv etmə gücünə malikdir”. 
 
O qeyd edib ki, “Mirsad-16” HHM sistemi yüksək sürətllə aşağı yüksəkliklərdə uçan müxtəlif növ kruz raketləri məhv etmə gücünə malikdir. 
 

Google+ WhatsApp ok.ru