Ramazan ayının bəzəyi: HİL

Ramazan ayının bəzəyi: HİL

Ramazan ayının üç əsas problemi olan ağız qoxusu, həzm problemləri və halsızlığın qarşısını alan bitki hildir. Hilin bundan başqa da bir çox faydaları var. 
 
Çay və qəhvəyə qarışdırın
Hili həm çayı kimi dəmləyib içmək olur, həm də çeynəmək. Qəhvənin içinə qarışdırdıqda halsızlığın qarşısını alır. Əgər ağız qoxusundan qorunmaq istəyirsinizsə iftarda çayını dəmləyib için, imsaq vaxtı isə çeynəyin. Ramazan ayı ərzində dozada və nizamlı şəkildə istehlak edildiyi təqdirdə də həzm problemlərinin qarşısını alır.
 
Obaşdan yeməyi tərk etməyin
Ramazan ayında diqqət edilməsi lazım olan qidalanma tərzinə də diqqət etmək lazımdır. Ramazan ayında sağlam qidalanma, bədənin təmizlənməsi, yenilənməsi və eyni zamanda çəkiyə nəzarətin təmin olunması baxımından əhəmiyyətlidir. Bunun üçün ilk növbədə obaşdan yeməyindən qətiyyən imtina etmək olmaz. Obaşdan durmadıqda Ramazan ayında çəki itirə biləcəyinz halda, əksinə kökələ bilərsiniz. İmsaq zamanı zeytun yağı qatılmış salat yeyə bilərsiniz. Bol miqdar göyərti, bir yumurta, kəpəkli çörək və bir stəkan darçınlı süd içə bilərsiniz. 
 
İftarı iki hissəyə ayırın
İftarı iki hissəyə ayrın. İlk hissədə xurma, zeytun yağlı şorba və ya salat kimi yüngül yeməklər yeyin. 30-45 dəqiqəlik fasilədən sonra isə əsas yeməyə keçin.
 
Ramazan ayı bədənin təmizləndiyi bir aydır, ancaq bu təmizlənmə prosesinin də süfrədən asılı olduğunu unutmamaq lazımdır. Əgər, "bütün gün aç qaldım", - deyib, iftarda hər şeydən bol miqdarda yesəniz, iftardan sonra ürək problemləri, ani özündəngetmələr, təzyiqin artması və baş ağrıları kimi məsələlərlə qarşılaşa bilərsiniz. Buna görə də, iftar süfrəsində özünüzü yüklənmək əvəzinə, ilk mərhələdə yüngül yeməklərdən istifadə edin, daha sonra əsas yeməyə keçin.  Burada əsas diqqət ediləcək məsələlərdən biri də yeyiləcək yeməyin həcmidir. Məsələn, bir pay şirniyyat yemək istəyirsiniz. Əvəzindən şirniyyatı yarım pay yeyib, sonra bir stəkan darçınlı süd içərək südün və darçının qan şəkərini tənzimlənməsinin təsirindən istifadə edin. Məsələn, xəmir yeməyi yediniz. Bunun qan şəkərini yüksəltməsinin təsirini azaltmaq üçün bir xörək qaşığı sirkəni ilıq suya qarışdırıb için, yeməklə bərabər isə bol miqdarda salat istehlak edin.
 
Şirəli şirniyyatlardan uzaq durun
İftardan 1,5 saat sonra meyvə yeyə bilərsiniz. Gündəlik iki pay meyvəni iftardan sonrakı hissədə yeməyi və yanına bir stəkan darçınlı südü məsləhət bilirik. Ramazan ayında bütün gün ac qaldığınız üçün iftarda həddindən artıq yağlı, duzlu və xəmir yeməklərdən uzaq durun. Qızartmalardan və şirəli şirniyyatlardan da çəkinin. Karbohidratlarla zəngin olan qidalara üstünlük verməyiniz məsləhətdir. /

Google+ WhatsApp ok.ru