Ramazan ayının başlanma tarixi ilə bağlı fətva hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ramazan ayının başlanması, Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsi və Nazirlər Kabinetinə təqdim edilib.
 
Rəsədxananın direktoru Əyyub Quliyev APA-ya deyib ki, yekun təkmilləşmə başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan Ayının başlanması ilə bağlı fətva verəcək. 
 
Qeyd edək ki, Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərində Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
 
Xatırladaq ki, Ramazan ayının başlanması Ayın görünməsi ilə təyin edilir. 

Google+ WhatsApp ok.ru