‘Facebook’ əsas mobil tətbiqinə video və audio zəng funksiyasını əlavə edəcək

‘Facebook’ əsas mobil tətbiqinə video və audio zəng funksiyasını əlavə edəcək

"Facebook" sosial şəbəkəsi istifadəçilərə əsas tətbiq vasitəsi ilə video və səsli zənglər etmə imkanı verəcək funksiyanın sinaqlarına başlayıb.
 
Maide.Az-ın məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verib.
 
Qeyd olunub ki, əvvəllər istifadəçilər sosial şəbəkədə yalnız ayrı "Messenger" tətbiqindən istifadə edərək mobil telefondan mesaj göndərə bilərdilər. Şirkət nümayəndəsi qeyd edib ki, yeni xüsusiyyət, əsas tətbiq ilə "Messenger" arasında keçid ehtiyacını azaldacaq.
 
Bildirilib ki, bəzi istifadəçilər bazar ertəsindən etibarən bu xüsusiyyətdən istifadə edə biləcəklər.
 

Google+ WhatsApp ok.ru