2. Şəhadət mədəniyyətinin dirçəlişi

2. Şəhadət mədəniyyətinin dirçəlişi

Kərbəla inqilabı – Siyasi və ictimai təsirlər

İmam Hüseynin (ə) qiyam etməməsinə dair müxtəlif şəxslərin nəsihətləri cəmiyyətə siyasi boğunuq durumun hakim olmasını və İslam ümmətinin Əməvilər sülaləsinin zorakılığına, Müaviyənin, sonra isə Yezidin hakimiyyətinin zülmkarlığına məruz qaldığını aşılayırdı. Tədricən, dinin və İslam dəyərlərinin dirçəlişi üçün Allah yolunda şəhadət, eləcə də, fitnə-fəsadlarla mübarizə, yaxşılığa dəvət və çirkinlikdən çəkindirmə prinsipi yaddaşlardan silinmişdi. Camaatın şəhadətlə bağlı xatirəsi kafirlər və xarici düşmənlərlə cihadda yekunlaşır, zülmkar hakim və daxili pozğunluqların müqabilində cihad, habelə Əməvilərin din və dini dəyərlərdən qırılması barəsində bir şey bilmir və yaxud onu təhlükəsizliklə şərtləndirirdilər!

Belə bir şəraitdə İmam Hüseyn (ə) qiyam etdi. Kərbəla inqilabı qorxu və vəhşət tilsimini sındırdı. Sübur etdi ki, dinin qorunması uğrunda nəinki “can təhlükəsi” adlı məfhum yoxdur, üstəlik, özümüzü şəhadətə hazırlamalıyıq. Əsasən, təhlükəsiz və şəhadətsiz cihad qeyri-mümkün olduğundan, fədakarlığıa hazır olmaq, canı və dost-tanışları qurban vermək və əhli-əyalı əsir etməklə şəhadət yolunu açmaq və şəhadət mədəniyyətini yaşatmaq zərurəti qarşıya çıxır.

Əlbəttə, İmam Hüseynin (ə) fədakarlığı “yaxşılığa dəvət” və “pislikdən çəkindirmə” prinsipini dəyərləndirdi və onun məqamını hamıya anlatdı. O Həzrət öz yolunun haqq olduğunu fədakarlığı, öz qanını qurban vermək və dözülməz əziyyətlərə sinə gərməklə sübut etdi. Odur ki, “Aşura” faciəsindən sonra İslam ümməti arasında şəhadət qapısının açılması və fədakarlıq mədəniyyətinin genişlənməsinin şahidiyik! (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.273.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru