Ramil Usubov İrana səfər edib 24 Sentyabr 2018 01:00 Xəbərlər Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gedib. Maide.info "modern.az"a istinadla xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb. Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib. Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub. Teqlər : #Ramil Usubov İrana səfər edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı təklif edib Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb